Azərbaycan və Ukrayna arasında əməkdaşlığı artırır
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev ANAMA-nın sədri Vüqar Süleymanov ilə görüşüb.
Ajans.az xəbər verir ki görüşdə Ukrayna və Azərbaycan arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Onun sözlərinə görə, görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək praktiki addımlar barədə razılığa gəlinib.
“Azərbaycanlı tərəfdaşlara birgə işləməyə və təcrübə mübadiləsi aparmağa hazır olduqlarına görə minnətdarıq”, - diplomat vurğulayıb.
Mövzular: