Reklam resmi
Reklam resmi

Boğulma səhnəsi ilə gündəmə düşən məşqçidən açıqlama: ZARAFAT ETMİŞİK

Boğulma səhnəsi ilə gündəmə düşən məşqçidən açıqlama: ZARAFAT ETMİŞİK
Gündəm

Bir neçə gün öncə sosial şəbəkələrdə yayılmış məşqçi ilə tələbəsinin döyüş səhnəsi cəmiyyətdə maraq doğurub. Müəllimin tələbəni yerə yıxaraq qolu ilə boğması və nəticədə oğlanın boğularaq çabalaması ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

Sözügedən müəllim, MMA ustası Aqşin Babayev Ajans.az saytına eksklüziv açıqlama verib.

Müxbir: Tələbəniz ilə çəkilən və son günlər gündəm olan videonuz harada və nə vaxt çəkilib?

Aqşin Babayev: Həmin video 2024-cü ilin 25 noyabrında Taylandda olarkən çəkilib. 

Müxbir: Tələbənizə qarşı bu cür davranışın səbəbi nə idi?

Aqşin Babayev: Videonun əsli mənim özəl “İnstagram” və “Tik-tok” hesabımda keçən ildən yerləşdirilib. Kifayət qədər izlənmə də toplayıb. Videonun zarafat məqsədi ilə çəkildiyini orada qeyd etmişəm. Məşq zamanı tələbəm Türkmən Məmmədli mənimlə şəkil çəkmək istəyib. Çəkdirən anda kürəyimdən ani fənd göstərib. Mən də qarşılığını vermişəm. Aramızda heç bir münaqişə və problemdən söhbət gedə bilməz. 

Müxbir: Hazırda tələbəniz yenə də bu sahədə fəaliyyət göstərir? 

Aqşin Babayev: Video bitəndən sonra da , indi də Türkmənin səhhəti yerindədir. O, öz sahəsi üzrə peşəkar fəaliyyətinə davam edir. 

Müxbir: Sonda həmin video üçün sizə mənfi şərh yazan və ümumilikdə, övladlarının  idmanın hansısa sahəsi üzrə, fəaliyyətini istəyib tərəddüd edən valideynlərə nə demək istərdiniz? 

Aqşin Babayev: Mən özüm 30 ilə yaxındır MMA ( qaydasız döyüş) üzrə peşəkar fəaliyyət  göstərirəm. Əsl mütəxəssislər bilirlər ki, bu sahədə fəndlərin sərhəddi yoxdur. Digər idman növlərindən fərqli olaraq, burada döyüş fəndləri daha ağır və qarışıqdır. Valideynlərə ümumi demək istəyirəm ki, övladlarının istəkləri və potensiallarına uyğun davransınlar. Hər bir oğlan uşağının mütləq hansısa ağır idmanla məşğul olması şərt deyil. Bunun üçün uşağın psixologiyası, mənəvi ruhu və bədəninin fiziki dayanıqlılığı mütləq şərtdir. Mən özüm tələbə yetişdirərkən, ilk bunları nəzərə alıram. Ən əsası isə heç bir tələbəyə  ilk həftələrdən ağır fəndləri öyrətmək düzgün deyil. Bunun üçün zaman və bədənin uyğunlaşması vacibdir.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

author picture
Zərif Sofiyeva
Mövzular:
Məşqçi Tələbə MMA Boğulma

Digər Xəbərlər