Reklam resmi
Reklam resmi

Tramp Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etdi

Tramp Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etdi
Siyasət

Tramp administrasiyası Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. ABŞ may ayında sanksiyalara genişmiqyaslı istisna tətbiq etmişdi.

Ajans.az deutsche welle-ə istinadən xəbər verir ki,  ABŞ Dövlət Departamenti may ayında xarici tərəfdaşların və müttəfiqlərin Suriya yenidənqurmasına qatılmasına imkan verən bir istisna elan etmişdi. Bu vasitə ilə şirkətlərə Suriyada fəaliyyət göstərmək icazəsi verilmişdi. Nazir Rubio həmin vaxt bildirmişdi ki, “Sanksiyalara istisna gətirilir ki, Suriya üzrə əsas xidmətlərin və yenidənqurma investisiyalarının və nağd pul axınının artması təmin edilsin. Biz Suriyanın xalqının daha ümidli bir gələcək qurmaq səylərini dəstəkləyirik.”

Suriya Xarici İşlər Nazirliyi sanksiyaların ölkənin yenidənqurulmasının qarşısında böyük bir əngəl olduğunu qeyd edərək, Tramp administrasiyasının addımlarını məmnuniyyətlə qarşıladığını bildirdi.

Mövzular:
tramp sanksiya suriya

Digər Xəbərlər