Reklam resmi
Reklam resmi

Goranboyda Heydər Əliyev parkında Azərbaycan bayrağı dalğalanmır-VİDEO

Goranboyda Heydər Əliyev parkında Azərbaycan bayrağı dalğalanmır-VİDEO
Cəmiyyət

Goranboy rayonunda Heydər Əliyev adına parkda Azərbaycan bayrağı dalğalanmır.

Ajans.az-ın qaynar xəttinə Goranboy rayonundan daxil olan şikayətə əsasən rayonun İcra Hakimiyyəti ilə üzbəüz yerləşən Heydər Əliyev parkında uzun müddətdir ki, Azərbaycan bayrağı dalğalanmır. Park ərazisində dirək var, ancaq bayraq yoxdur. Bu da rayon sakinləri narahat edir.

Uzun müddətdir parkda bayrağın olmaması ilə bağlı suallarımıza cavab almaq istəsəkdə, Goranboy rayon icra hakimiyyətinin qaynar xətt və digər telefonlarına edilən zənglərimiz cavabsız qaldı. 

Goranboy rayon icra hakimiyyəti əlaqə nömrələri: Tel/Fax: (+994 022-24) 5-31-61, (+994 022-24) 5-31-61 Qaynar xətt: (+994 022-24) 5-31-61

author picture
Tərlan Əmrahova
Mövzular:
Goranboy Heydər Əliyev Park Azərbaycan Bayraq

Digər Xəbərlər