Reklam resmi
Reklam resmi

Yekaterinburqda Akif Səfərov barəsində məhkəmə keçirilir

Yekaterinburqda Akif Səfərov barəsində məhkəmə keçirilir
Gündəm

Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Ajans.az xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.

Məhkəmə iclası qapalı elan edib, jurnalistlər məhkəmə zalından çıxarılıb.

Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.

Mövzular:
Akif Səfərov Yekaterinburq məhkəmə

Digər Xəbərlər