İngiltərə Avropa çempionu oldu
21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başa çatıb.
Ajans.az xəbər verir ki, finalda Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.
Bununla da İngiltərənin U-21 millisi tarixində 4-cü dəfə Avropa çempionu olub.
Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Millimiz hər iki görüşdə ingilislərə böyük hesabla uduzub - 1:5, 0:7.
Mövzular: