Reklam resmi
Reklam resmi

Əhalinin NƏZƏRİNƏ: Sabah 08:00-dən...

Əhalinin NƏZƏRİNƏ: Sabah 08:00-dən...
Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib. 

Ajans.az sözügedən müraciəti diqqətinizə çatdırır: 

Belə ki, 26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq:

-    Səbail rayonu, Badamdar şosesi   (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev      küçəsinin kəsişməsinə qədər);

-     Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd             Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

-     Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən -        Azadlıq prospektinə qədər);

-    Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

-    Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

-    Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy  Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər). 

"Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır. (Yollar bağlanmır)  Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız", - agentliyin məlumatında qeyd olunub. 

Mövzular:
AAYDA Sürücülər Müraciət

Digər Xəbərlər