Reklam resmi
Reklam resmi

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
Cəmiyyət
444

“Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası” təsdiqlənib.

Ajans.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qurum dövlət informasiya ehtiyatlarının və sisteminin formalaşdırılması, elektron xidmətin təşkili, həmçinin mövcud dövlət informasiya ehtiyatının və sisteminin funksiyalarında, habelə elektron xidmətin reqlamentində əhəmiyyətli dəyişikliklərin edilməsi ilə bağlı məqsədəuyğunluq rəyinin verilməsi üçün “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ndə yaradılan elektron kabineti vasitəsilə məlumatların (sənədlərin) əlavə edildiyi müraciətini təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edir.

Müraciətə baxılması və rəy verilməsi məqsədilə təqdim edilmiş sənədlərin (məlumatların) təhlilinin aparılması və məqsədəuyğunluq rəyinin formalaşdırılması Nazirlik tərəfindən həyata keçirilir.

Mövzular:
Elektron xidmətlər qərar rəy verilməsi qayda

Digər Xəbərlər