Reklam resmi
Reklam resmi

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq:

"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur".

Mövzular:
yol hərəkət məhdudlaşdırılma

Digər Xəbərlər