Milli Məclis Çin ilə yeni müqaviləni ratifikasiya etdi
Azərbaycan və Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcək.
Ajans.az xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarlan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib./APA
Mövzular: