Reklam resmi
Reklam resmi

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək
Cəmiyyət

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Ajans.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə əlavə edilməsi nəzərdə tutulan 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mövzular:
cərimələr 10 faizlik güzəşt Azərbaycan inzibati xəta

Digər Xəbərlər