Reklam resmi
Reklam resmi

Dövlətə xəyanətdə ittiham olunan şəxsə HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan şəxsə HÖKM OXUNDU
Kriminal

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ajans.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

author picture
Tərlan Əmrahova
Mövzular:
Bəhruz Səmədov DTX Bakı Ağır Cinayətlər Məhkəmə

Digər Xəbərlər