Reklam resmi
Reklam resmi

Lənkəranda yük və minik avtomobilləri toqquşub- Xəsarət alan var

Lənkəranda yük və minik avtomobilləri toqquşub- Xəsarət alan var
Hadisə

Lənkəranda yük və minik avtomobiləri toqquşub.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Ford" markalı yük avtomobili, "Vaz-2104" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Lənkəran Hadisə Avtomobil qəzası Rayon Mərkəzi Xəstəxanası

Digər Xəbərlər