Azərbaycan XİN-dən ABŞ-nin İrana hücumu ilə bağlı BƏYANAT
Azərbaycan XİN-dən ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumla bağlı bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq".- deyə bəyanatda bildirilib.
Mövzular: