Reklam resmi
Reklam resmi

Tramp İranın mümkün cavab zərbəsinə HAZIRLAŞIR

Tramp İranın mümkün cavab zərbəsinə HAZIRLAŞIR
Gündəm

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın 48 saat ərzində mümkün cavab zərbəsinə hazırlaşır.

Ajans.az xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ-nin Müdafiə Nazirliyinin nümayəndəsi və Ağ Evin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Rəsmilərə görə, cavab zərbələrinin xarici və ya daxili obyektləri hədəfə alacağı bəlli deyil.

Telekanalın məlumatına görə, mənbələr daha əvvəl İranın zərurət yaranarsa, ABŞ-nin Yaxın Şərqdəki bazalarına və obyektlərinə zərbələr endirmək planlarının olduğunu bildirib.

ABŞ bazaları və obyektləri bir neçə aydır yüksək hazırlıq vəziyyətindədir, lakin İsrailin İranla iyunun 13-də müharibəyə başlamasından sonra İran və ya onun regiondakı müttəfiqlərinin ABŞ obyektlərinə mümkün hücumları ilə bağlı narahatlıqlar artıb.

Mövzular:
ABŞ Donald Tramp İran Hücum Cavab zərbəsi

Digər Xəbərlər