Reklam resmi
Reklam resmi

Rəna Soltanova ilə bağlı müraciət daxil olsa ARAŞDIRMA APARILACAQ

Rəna Soltanova ilə bağlı müraciət daxil olsa ARAŞDIRMA APARILACAQ
Cəmiyyət

Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olmuşdu. Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmışdı.

Ajans.az xəbər verir ki, bir neçə gün əvvəl mediada sözügedən klinikanın rəhbəri Rəna Soltanovadan daha bir şikayət gündəmə gəldi. Şikayətçi Nərmin İsmayılova burun dolğusu proseduru üçün müraciət etdiyini nəticədə ciddi fəsadlarla üzləşdiyini bildirmişdi. 

Ajans.az İqtisadiyyat Nazirliyinə Rəna Soltanovanın klinikası, onun lisenziyasının ləğv olunması ilə bağlı müraciət edib. Nazirlikdən verilən məlumata görə müəssisə ilə bağlı yenilik yoxdur. Həmin filialın lisenziyası ləğv olunmuşdur. 

Nazirlikdən bildirdilər ki, heç bir sahibkarlıq müəssisəsinə istənilən dövlət qurumu özü heç bir əsas olmadan yoxlama apara bilməz. Azərbaycanda qanunla sahibkarlıq fəaliyyətində  yoxlamalar az-az aparılır. Bu sahibkarlığın inkişafına yönəlmiş qanundur. "Laser Beauty Clinic"də bir sahibkarlıq fəaliyyətidir. Dövlət qurumlarına istehlakçılardan şikayət daxil olduqda müəssisədə yoxlama aparıla bilər. Qutqaşınlı filialına gedənlər, Səhiyyə Nazirliyinə şikayət etmişdilər. Buna görə də, həmin məsələ böyüdü, yoxlamalar aparıldı və filial bağlandı.

Bir daha xatırladaq ki, Rəna Soltanova ilə bağlı bu artıq ilk şikayət deyil.

author picture
Tərlan Əmrahova
Mövzular:
“Laser Beauty Clinic” Səhiyyə Nazirliyi Rəna Soltanova

Digər Xəbərlər