Reklam resmi
Reklam resmi

"Zeytun" apteklərinə protokol tərtib edildi

\"Zeytun\" apteklərinə protokol tərtib edildi
Cəmiyyət

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.

Bu barədə Ajans.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Mövzular:
"Zeytun" aptekləri protokol

Digər Xəbərlər