Reklam resmi
Reklam resmi

Yeniyetmələr arasında MÜNAQİŞƏ: XƏSARƏT ALAN VAR

Yeniyetmələr arasında MÜNAQİŞƏ: XƏSARƏT ALAN VAR
Hadisə

Sumqayıtda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

Ajans.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 2008-ci il təvəllüdlü M.M aralarında yaranmış mübahisə zəminində 2007-ci il təvəllüdlü N.A-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) saat 14:10 radələrində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı gənc polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Sumqayıt münaqişə nəticə bışaqlanma yeniyetme

Digər Xəbərlər