Reklam resmi
Reklam resmi

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR
Hadisə
3385

Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib. 

Ajans.az-ın əldə etdiyi məlumata görə, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Ajans.az müğənninin köməkçisi ilə əlaqə saxlayıb. Köməkçi isə cavabında “Mən yalnız toy haqqında məlumat verə bilərəm”- deyə, bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Park Palace Toy Kəmalə Günəşli Münaqişə Saçyoldu

Digər Xəbərlər