Gəncədə yol qəzası oldu, YARALANAN VAR
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: