Reklam resmi
Reklam resmi

Azərbaycan boksçuları Niderlanddakı turnirdən 3 medalla qayıdırlar

Azərbaycan boksçuları Niderlanddakı turnirdən 3 medalla qayıdırlar
İdman

Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.

Boks Federasiyasından Ajans.az-a  verilən məlumata görə, Azərbaycan millisi yarışı 3 medalla başa vurub. 

Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əli Abdullayev (65 kiloqram) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kiloqram) isə bürünc medalla bitirib.

author picture
Zərif Sofiyeva
Mövzular:
Boks Qızıl Medal Niderland Azərbaycan

Digər Xəbərlər