Reklam resmi
Reklam resmi

Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna qoşulmasına səy göstəriləcək – Yeni səfir

Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna qoşulmasına səy göstəriləcək – Yeni səfir
Cəmiyyət

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti dəmiryolunun Azərbaycanın dəmiryoluna birləşməsinə səy göstəriləcək.

Ajans.az-ın məlumatına görə  bunu İranın Azərbaycandakı yeni səfiri Muctaba Dəmirçilu İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə ilə görüşdə bildirib.

Onun sözlərinə görə, həm dəmiryolu xəttinin birləşdirilməsi, həm də dəmiryolu terminalının tikilməsi diqqət mərkəzində saxlanılacaq.

"İran və Azərbaycan arasında qarşılıqlı münasibətlərdə Ərdəbil vilayəti əhəmiyyət kəsb edir. Bu vilayətin imkanları və potensialı iki ölkənin münasibətlərinin güclənməsində önəmli rola sahibdir", - deyə o qeyd edib.

Qeyd edək ki, İran Azərbaycana Muctaba Dəmirçilunu İran səfiri kimi təyin edib.

author picture
Zərif Sofiyeva
Mövzular:
İran Azərbaycan Dəmir yolu

Digər Xəbərlər