Tərtərdə yol qəzası oldu, YARALANANLAR VAR
Tərtərdə yol nəqliyyat hadisəsi baş verib.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində yerləşən idman kompleksinin yaxınlığında baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan rayon sakinləri 1979-cu il təvəllüdlü Aynurə Quliyeva, 1983-cü il təvəllüdlü Niyaz Sadıqov və 1958-ci il təvəllüdlü Qulu Quliyev xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: