Kişi yüksəkgərginlikli elektrik dirəyinə ÇIXDI
Ağdamda sərxoş kişi yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.
Ajans.az "Teleqraf"a istinadən xəbər verir ki, rayonun İmamqlubəyli qəsəbəsinə qonaq gələn Pünhan adlı şəxs ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyinə çıxıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər və o xilas edilib.
Məlum olub ki, yüksəkgərginlikli elektrik xəttinə çıxan şəxs Ağdam rayonunun Şahbulaq kənd sakini, 2004-cü il təvəllüdlü Bünhan Yavər oğlu Əsədovdur. O, rayonun Quzanlı qəsəbəsində yaşayır.
View this post on Instagram
Mövzular: