Bakıda ağır yol qəzası- 3 nəfər ölüb
Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, "Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bu gönderiyi Instagram'da gör
Mövzular: