Reklam resmi
Reklam resmi

Azərbaycan BMT-nin Turizmin İcraiyyə Şurasına ÜZV SEÇİLDİ

Azərbaycan BMT-nin Turizmin İcraiyyə Şurasına ÜZV SEÇİLDİ
Siyasət

BMT Turizmin Avropa Regional Komissiyasının 5-6 iyun tarixlərində Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.

Ajans.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniyanın, Fransanın, Xorvatiyanın və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.

Qeyd edək ki, Azərbaycan 2013-2017, 2017-2021 və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.

Tədbirin sonunda müzakirələr nəticəsində Avropa Regional Kommissiyasının növbəti 72-ci iclasının Maltada keçirilməsi qərarı təsdiq olunub.

Mövzular:
BMT Azərbaycan turizm regional komissiya şura

Digər Xəbərlər