Reklam resmi
Reklam resmi

Naxçıvanda DƏHŞƏT: Anasını öldürməkdə şübhəli bilinən SAXLANILIB

Naxçıvanda DƏHŞƏT: Anasını öldürməkdə şübhəli bilinən SAXLANILIB
Kriminal

Babək rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Ajans.az xəbər verir ki, İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin  Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

author picture
Tərlan Əmrahova
Mövzular:
Naxçıvan Babək rayonu Cinayət hadisəsi

Digər Xəbərlər