Reklam resmi
Reklam resmi

Ermənilər Azərbaycanın neft-qaz kəmərlərini PARTLATMAQ İSTƏYİB

Ermənilər Azərbaycanın neft-qaz kəmərlərini PARTLATMAQ İSTƏYİB
Gündəm
660

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanı müharibə qanunlarını pozması bir daha sübut olunub.

Ajans.az xəbər verir ki, Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə keçirilən açıq məhkəmə iclasında bu fakt sənədlər və sübutlarla təsdiqlənib. İclasda Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş terror aktlarının araşdırılması üzrə növbəti sənədlər təqdim edilib.

2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, Rusiyada istehsal olunmuş “Smerç”, “Elbrus” və digər müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində mülki vətəndaşların qəsdən öldürülməsi, yaralanması, əmlakına zərər vurulması və infrastrukturun dağıdılması faktları üzrə dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən hadisə yerinə baxış protokolları və ekspert rəyləri elan olunub.

Daha ətraflı traflı  AZTV-nin süjetində:

author picture
Tərlan Əmrahova
Mövzular:
Azərbaycan Ermənistan 44 Gün Məhkəmə prosesi

Digər Xəbərlər