Gəncə sakinləri – 1980-ci il təvəllüdlü Əli Alışanov əvvəlcə bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb. Onun xanımı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülüb.

İlkin məlumata görə, onlar öz qudaları ilə dava zamanı xəsarət alıblar.

Hazırda 45 yaşlı Əli Alışanovun vəziyyəti ağırdır. Dava zamanı qarşı tərəfdən isə 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov xəsarət alıb. Həmin şəxslərin bədən nahiyyələrində kəsici alətlər yaraları var.

Faktla bağlı araşdırma başlanılıb.