Reklam resmi
Reklam resmi

15 yaşlı qızı öldürən şəxsin meyiti kanaldan TAPILDI

15 yaşlı qızı öldürən şəxsin meyiti kanaldan TAPILDI
Gündəm

Ötən ay Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.

Ajans.az xəbər verir ki, sentyabr ayının 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər