Reklam resmi
Reklam resmi

Tural, Orduxan və Elşad barəsində həbs qərarı çıxarıldı

Tural, Orduxan və Elşad barəsində həbs qərarı çıxarıldı
Gündəm

Xaricdə yaşayan bir neçə bloqer və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Ajans.az xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi çərçivəsində Binəqədi Rayon Məhkəməsinə təqdim olunan təqdimatlar təmin edilib.

Məhkəmənin qərarı ilə bloqerlər Orduxan Bəbirov, Tural Sadıqlı və Elşad Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Bloqerlər müxtəlif cinayət əməllərində, o cümlədən dövlət əleyhinə çağırışlar, dələduzluq və digər hüquqazidd əməllərdə ittiham olunurlar. Elşad Abdullayevə isə külli miqdarda vergidən yayınma, rüşvət alma və digər ağır cinayətlərə görə ittiham irəli sürülüb./Qafqazinfo

Mövzular:
həbs Tural Sadıqlı Orduxan Teymurxan Elşad Abdullayev

Digər Xəbərlər