Reklam resmi
Reklam resmi

Bakıda cəzaçəkmə müəssisəsində BİNA ÇÖKÜB

Bakıda cəzaçəkmə müəssisəsində BİNA ÇÖKÜB
Hadisə
1796

Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb.

Ajans.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12  saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb. Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu idda edilir. Ərazidə xilasetmə işləri aparılıb.

Hadisə ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu verilib.

Bu Ajans.az-ın özəl məlumatıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Qaradağ cəzaçəkmə müəssisə bina çökmə

Digər Xəbərlər