Qardaş ölkədə dəhşətli YANĞIN
Türkiyənin İzmir şəhərində meşə yanır.
Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Aliağa rayonunda qeydə alınıb.
Aliağa rayonunun HorozGədiyi məhəlləsində meşə sahəsində yanğın baş verib. Alovlar fərq edilən kimi İzmir Meşə Regional Müdirliyinə bağlı qruplar yanğın bölgəsində söndürülmə işlərinə başlayıb.
Havadan 1 təyyarə və 7 helikopter, qurudan isə 20 su maşını, 6 su tankeri və 3 dozerlə ekipajlar alovu nəzarət altına almaq üçün çalışır. Bölgədə küləyin təsirli olduğu və qrupların alovun sənaye zonasına yaxınlaşmasının qarşısını almaq üçün böyük səy göstərəcəyi bildirilib.
Mövzular: