Nabranda təmizlik aksiyası - Könüllülər iştirak etdi
Qarşıdan gələn yay mövsümünə hazırlıq məqsədilə Nabranda yerləşən çimərlik ərazilərində Xaçmaz rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təmizlik aksiyası təşkil edilib.
Ajans.az xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, yerli icra nümayəndələri, bələdiyyələr və gənc könüllülər iştirak ediblər. İməcilik zamanı sahilyanı ərazilər plastik qablardan və digər tullantılardan təmizlənib. Aksiyanın keçirilməsinə məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunması təşviq etmək və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Daha ətraflı Baku TV-nin süjetində:
Mövzular: