Reklam resmi
Reklam resmi

ABŞ-da ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi

ABŞ-da ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi
Cəmiyyət

ABŞ-ın Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən azərbaycanlı gənc Ceyhun Sadibəylinin cənazəsi Azərbaycana gətirilib.

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, C.Sadıqbəyli dünən Suraxanı rayonu, Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, hadisə Mayamidəki "South Beach" adlanan çimərlikdə baş verib. Orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümdən qurtaran Ceyhun özü boğularaq həlak olub. Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş. Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.

author picture
Tərlan Əmrahova
Mövzular:
ABŞ Azərbaycan Ceyhun Sadıqbəyli

Digər Xəbərlər