Reklam resmi
Reklam resmi

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişdi
Cəmiyyət

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişir.

Ajans.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Mövzular:
Nazirlər Kabineti Milli Məclis hesabat vaxt dəyişiklik

Digər Xəbərlər