Reklam resmi
Reklam resmi

Liderlərin Laçın görüşü DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏ

Liderlərin Laçın görüşü DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏ
Gündəm

Əziz Əlibəyli Pakistannın Baş naziri Şahbaz Şərifin Azərbaycan səfərini belə şərh etdi. 

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif mayın 28-də Laçın şəhərində beynəlxalq hava limanının açılışında iştirak ediblər. Bu üçlü görüş Dünya mediasının diqqətini çəkib.
Tanınmış siyasi şərhçi Əziz Əlibəyli Pakistannın Baş naziri Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçın səfərini şərh edib. 
Ajans.az xəbər verir ki, politoloq bu haqda öz facebook hesabında paylaşım edib. 
Paylaşımı diqqətinizə çatdırırıq: 
Pakistan Prezidentinin Laçına səfəri dünyada böyük maraq oyandırıb:
1. Bir nüvə dövlətinin rəhbəri Laçın aeroportuna enən ilk xarici lider oldu.
2. Hindistan mediası iddia edir ki, bu görüş çərçivəsində Azərbaycan və Pakistan böyük hərbi müqavilə bağlamaq üçün razılıq əldə ediblər söhbət inkişaf etmiş 50 ədəd qırıcıdan gedir, hansi ki, bu günlərdə Hindistana qarşı müharibədə hava hakimiyyəti Pakistana keçdi.
3. Pakistan ???????? , Türkiyə ???????? və Azərbaycan ???????? ticarət və müdafiə əlaqələrini gücləndirmək barədə razılığa gəliblər.
4. Ərdoğan Şehbazı (Şərif) əsl qardaşı adlandırıb. 5. İlham Əliyev Pakistana 2 milyard dollarlıq sərmayə qoyulacağını elan etdi ???????? və 2020-ci il müharibəsində göstərdiyi dəstəyə görə Pakistan xalqına təşəkkür etdi.
6. Ture İnsider iddia edir ki, Laçında ölkə rəhbərinin yaxın vaxtlarda üçtərəfli hərbi ittifaq qurulması barədə razılığa gəlmələri halı baş verib. Üçlü hərbi ittifaq çox iddialı səslənir.
7. Laçın görüşü üçlü əməkdaşlığın qalibiyyət bəhrəsi kimi elan edilir və yola da artıq bu zəfərlə çıxılır.
8. Ərdoğan bildirib ki, artıq bir millət üç dövlət demək vaxtıdır.
9.Anlaşmalar gərəyi Qarabağdan Kəşmirə qədər səmalar bizimdir prinsipi işə düşüb.
10. 28 may günü baş verənlərin mahiyyəti bir ölkə üçün ayrıca bir mərhələ təşkil edir.
11.Bəllidir ki, Pakistan 20 milyard dollar dəyərində xarici borcu bu il ödəməlidir. Azərbaycan isə bu ölkəyə investisiya qoymaqla dar günündə dəstək olacaq. Əvəzində isə hərbi müdafiə sənayesi daha da modernləşməlidir.
12. Maraqlıdır ki, Pakistanın Azərbaycan- Türkiyə ittifaqına inteqrasiyası Banqladeşi həyəcanlandırıb və rəsmi olaraq bizim ansambla qoşulmağa müraciət etmək istəyirlər.
13. Pakistan Prezidentinin Qarabağa səfərinin alternativi kimi Azərbaycan bu ölkəyə ayırdığı 2 milyard dollarlıq kreditlə Cənubi Asiyada güclənməyə ilkin bir addım atdı.
14. Bu əlaqələr Azərbaycanı Qafqazda, Pakistanı isə Güney Asiyada gücünü daha da artıracaq.
15. Hindistana dair bir mənbə blef yazaraq açıqladı ki, Ermənistana 4 milyard dollar yardım edəcəklər.
16. Hindistan dərhal açıqladı ki, sabah Pəncab, Qucarat və Racastanda hərbi təlimlərə başlayacaq.
Mövzular:
Azərbaycan Türkiyə Pakistan politoloq şərh Laçın görüş

Digər Xəbərlər