Reklam resmi
Reklam resmi

Avrokuboklara vəsiqə qazanan klubların ADLARI AÇIQLANDI

Avrokuboklara vəsiqə qazanan klubların ADLARI AÇIQLANDI
İdman

İngiltərə Premyer Liqasında Avrokuboklara vəsiqə qazanan bütün klublar məlum olub.

İngiltərə Premyer Liqasında sonuncu turun oyunları keçirilib.

Ajans.az xəbər verir ki, çempionatın 38-ci həftəsində növbəti mövsüm avrokuboklarda iştirak edəcək bütün komandalar bəlli olublar.

"Mançester Siti" səfərdə "Fulhem"in qonağı olub. "Şəhərlilər" rəqibə şans verməyiblər - 0:2.

"Liverpul" "Kristal Pelas"ı qəbul edib. Mersisaydlılar mövsümün son matçında 1 xalla kifayətləniblər - 1:1.

"Aston Villa" öz meydanında "Mançester Yunayted"lə qarşılaşıb. Yerli komanda "qırmızı şeytanlar"ın qarşısında aciz qalıb - 0:2.

"Nyukasl" "Everton"la mübarizədə uğursuz olub. Görüşün taleyini qonaqların 1 qolu həll edib - 0:1.

"Çelsi" "Nottinqem"lə üz-üzə gəlib. "Zadəganlar" səfər matçından qalib ayrılıblar - 0:1.

"Arsenal" "Sauthempton"u sınağa çəkib. "Topçular" meydan sahiblərindən üstün olublar - 1:2.

Beləliklə də, ilk 5-likdə qərarlaşan "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi" və "Nyukasl"ın növbəti mövsüm UEFA Çempionlar Liqasında, turniri 6-cı sırada başa vuran "Aston Villa"nın UEFA Avropa Liqasında, 7-cı sırada yer alan "Nottinqem"in isə UEFA Konfrans Liqasında çıxış edəcəyi rəsmiləşib.

Mövzular:
İngiltərə liqa Avrokubok vəsiqə klublar

Digər Xəbərlər