Reklam resmi
Reklam resmi

Bu ərazilərə leysan yağır- FAKTİKİ HAVA

Bu ərazilərə leysan yağır- FAKTİKİ HAVA
Cəmiyyət

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ajans.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətin verdiyi məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

Düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-də 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Mövzular:
leysan qar rayon hava Bakı sel çay

Digər Xəbərlər