Reklam resmi
Reklam resmi

Qəbiristanlıq YANDI

Qəbiristanlıq YANDI
Hadisə

Salyanda qəbiristanlıq yanıb

Salyan rayonunda qəbiristanlıq yanıb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Salyan qəbiristanlıq yanğın FHN kənd

Digər Xəbərlər