Reklam resmi
Reklam resmi

“Azərbaycandan korrupsiya ilə əldə edilmiş vəsaitin xaricə çıxarılması faktları olub”

“Azərbaycandan korrupsiya ilə əldə edilmiş vəsaitin xaricə çıxarılması faktları olub”
Cəmiyyət

Korrupsiyaya qarşı mübarizə dövlət təhlükəsizliyində xüsusi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə yaradılmış Korrupsiyaya qarşı mübarizə aparan qlobal əməliyyatlar şəbəkəsi GlobE Network, bu istiqamətdə beynəlxalq fəaliyyət göstərir.

19-23 may tarixlərində Bakıda keçirilən  Altıncı Plenar İclas GlobE Network çərçivəsindədir. Tədbirdə bir çox ölkələrin rəsmi nümayəndələri, müvafiq qurumlar, ekspertlər və digər şəxslər iştirak edir. İclas korrupsiyaya qarşı mübarizədə strateji yanaşmaların və əməkdaşlığı  müzakirə edilməsi üçün geniş imkanlar yaradır. 

Bu barədə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan üçün çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə aktual mövzudur:

“Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməyi Azərbaycanın beynəlxalq platformalarda nüfuzunu göstərir. Təəssüf ki, Azərbaycanda hələ də korrupsiya elementləri mövcuddur və bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac var . Çünki Azərbaycanda korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin xaricə çıxarılması prinsipi mövcuddur. Azərbaycanın özündə məhkəmə işləri keçirilərkən, istər keçmiş beynəlxalq bankın prezidentinin işi ilə bağlı məhkəmə araşdırması, istərsə də məmurlarla bağlı məhkəmə araşdırması olarkən Azərbaycandan korrupsiya ilə əldə edilmiş vəsaitin xaricə çıxarılması və yuyulması faktları olub. Azərbaycanda bu tipli mexanizmlər gələcəkdə daha effektiv çalışsın. Azərbaycan və dünya ölkələri ilə bağlı problemlər bir-birinə koordinasiya edilmiş və hüquq mühafizə orqanlarının əməkdaşlığı şəklində həllini tapsın. Azərbaycanda keçirilən forum bu yöndə atılmış növbəti addımdır.”

Bakının ev sahibliyi etdiyi Altıncı Plenar İclas Azərbaycan üçün yüksək qiymətləndirilir. Tədbirdə aparılan müzakirələr, üzv dövlətlər arasında təcrübə və informasiya mübadiləsini gücləndirməklə yanaşı, qlobal miqyasda korrupsiya ilə mübarizənin effektivliyini artırmağa xidmət edir.

Nurcan Babək 

Mövzular:
Altıncı Plenar İclas Azərbaycan korrupsiyaya qarşı mübarizə

Digər Xəbərlər