Reklam resmi
Reklam resmi

Atalara verilən ödənişsiz məzuniyyətin ödənişli olması təklif edildi

Atalara verilən ödənişsiz məzuniyyətin ödənişli olması təklif edildi
Cəmiyyət

Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi iIə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub.

Ajans.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, kişilərin və oğlanların əmək bazarında azlıq təşkil etdikləri sahələrə cəlb edilməsi, onlara bu istiqamətdə təsir göstərən gender stereotiplərinin aradan qaldırılması da təklif olunub.

Hesabata əsasən, qadınların, xüsusilə, kənd yerlərində yaşayanların iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə hərtərərfli dəstəyin göstərilməsi də təklif olunub.

Mövzular:
məzuniyyət ata ödənişsiz ödənişli təklif

Digər Xəbərlər