Bu NATO ölkəsi Ukraynaya qoşun yeritməyə hazırdır
"Belçika atəşkəsdən sonra Ukraynaya qoşun göndərməyə hazırdır"- Teo Franken
"Ajans.az" "Lenta.ru"a istinadən xəbər verir ki, Belçika atəşkəs əldə edildikdən dərhal sonra "istəklilər koalisiyasının" tərkibində Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib. Bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib .
“Biz Böyük Britaniya və Fransa ilə birlikdə “istəklilər koalisiyasının” bir hissəsi olaraq atəşkəs əldə edildikdən dərhal sonra Ukrayna torpaqlarında fəaliyyətə başlamağa hazırıq”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Belçikanın Ukraynaya bir milyard avro dəyərində yardım paketi köçürəcəyinə dair məlumatlar yayılıb. Müdafiə nazirinin sözlərinə görə, Kiyev 20 modernləşdirilmiş “Cerber” hava hücumundan müdafiə sistemi, yeni top qülləsi olan “Leopard” tankı, 16 mindən çox silah, yüzə yaxın zirehli təcili yardım maşını və “Unimo” maşını alacaq.
Eyni zamanda, Belçika daha əvvəl 2024-cü ildə çatdırılması planlaşdırılan 30 F-16 qırıcısının Ukraynaya təhvil verilməsini təxirə salmışdı .