Emin Ağalarov qızı Əminəni TƏBRİK ETDİ
Məşhur iş adamı və müğənni Emin Ağalarov bu gün öz instaqram hesabında qızı Amina haqqında ürəkaçan paylaşım edib.
Ajans.az xəbər verir ki, Ağalarov yazır:
“Mənim qürurum, mənim Aminam. Bu gün sevincimi sizinlə bölüşmək istədim. Bütün uşaqlara qələbələr, özlərinə inam və sevdikləri işlə məşğul olarkən zövq arzulayıram! ”
Qeyd edək ki, Light sanda döyüş növü üzrə çıxış edən 11 yaşlı idmançı turnir boyunca göstərdiyi inamlı performansla rəqiblərinə üstünlük gələrək adını finala yazdırıb. Əminə Əliyevanın bu uğuru təkcə fərdi nailiyyət deyil, eyni zamanda Azərbaycan Kung Fu Federasiyasının və ümumilikdə Azərbaycan idmanının beynəlxalq səviyyədəki mövqeyini bir daha nümayiş etdirir.
Посмотреть эту публикацию в Instagram
Mövzular: