Reklam resmi
Reklam resmi

Çaylarda sululuq ARTDI

Çaylarda sululuq ARTDI
Cəmiyyət

Avtomat hidroloji stansiyaların mayın 17-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə Ajans.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Çaylar Azərbaycan Sululuq Artdı

Digər Xəbərlər