Reklam resmi
Reklam resmi

Avtobus sürücülərinə XƏBƏRDARLIQ: Bu halda işdən çıxarıla bilərsiniz!

Avtobus sürücülərinə XƏBƏRDARLIQ: Bu halda işdən çıxarıla bilərsiniz!
Cəmiyyət

Son zamanlar kartla ödəniş sistemi tətbiq olunan bəzi avtobuslarda sürücülərin sərnişinlərdən qeyri-qanuni şəkildə nağd pul aldığı müşahidə edilir. Halbuki bu, kamera sistemi ilə izlənilən mühitdə baş verir.

Son zamanlar kartla ödəniş sistemi tətbiq olunan bəzi avtobuslarda sürücülərin sərnişinlərdən qeyri-qanuni şəkildə nağd pul aldığı müşahidə edilir. Halbuki bu, kamera sistemi ilə izlənilən mühitdə baş verir. Maraqlıdır, bu kimi halların baş verməsinin səbəbi nədir?Belə qanun pozuntularına görə sürücüləri hansı cəzalar gözləyir?

Məsələni dəyərləndirən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov "Ajans.az"a bildirib ki, kartla ödəniş sistemi tətbiq olunan marşrut avtobuslarında gediş haqqının nağd şəkildə sürücülər tərəfindən toplanması mövcud qaydalara ziddir və qanunsuzdur:

‘’Bu cür hallar ictimai nəqliyyatda şəffaflıq prinsipini pozur və nəzarətsiz gəlirlərin yaranmasına səbəb olur. Müşahidələr göstərir ki, bəzi sürücülər sistemin tələblərinə zidd olaraq sərnişinlərdən nağd ödəniş qəbul edir və bu, həmçinin kamera müşahidə sisteminin olduğu bir mühitdə baş verir. Mövcud qanunvericiliyə əsasən, belə hallarda sürücü dərhal işdən kənarlaşdırıla bilər və aidiyyəti daşıyıcı şirkətə qarşı cərimə sanksiyaları tətbiq oluna bilər. Burada əsas məsuliyyət nəqliyyat şirkətinin üzərinə düşür. Şirkət bu cür pozuntulara yol verən sürücüləri nəzarətdə saxlamalı, onlara müvafiq təlimlər keçməli və sistemin tələblərinə riayət olunmasına şərait yaratmalıdır’’.

Ekspert vurğulayıb ki, bu cür halların baş verməsinin qarşısını almaq üçün mövcud ödəniş prosedurları sadələşdirilməli və sərnişinlərin alternativ ödəniş vasitələrinə əlçatanlığı artırılmalıdır:

‘’ Məsələn, hər bir avtobusda gediş haqqını yerində ödəmək üçün ödəniş terminalları quraşdırılmalıdır. Sərnişinlərin karta balans yükləyə bilməsi üçün metro stansiyaları ilə yanaşı dayanacaqlarda, iri ticarət obyektlərində və ictimai yerlərdə ödəniş terminallarının sayı artırılmalıdır. Mobil tətbiqlər üzərindən sürətli və komissiyasız balans artırma imkanları genişləndirilməlidir. Bu addımlar həm sərnişinlərin rahatlığını təmin edər, həm də sürücülərin qeyri-qanuni ödəniş qəbul etməsinin qarşısını effektiv şəkildə ala bilər’’.

author picture
Ajans muxbir
Mövzular:
ASLAN ƏSƏDOV NƏQLİYYAT AVTOBUS SÜRÜCÜLƏRİ XƏBƏRDARLIQ

Digər Xəbərlər