Yalan reklamlardan özümüzü necə qoruyaq? - DETALLAR
"Bu halların qarşısının alınması üçün həm fərdi maarifli yanaşma, həm də dövlət və ictimai sektor tərəfindən həyata keçirilən sistemli maarifləndirmə kampaniyaları zəruridir."
Bunu "Ajans.az"a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib. Onun sözlərinə görə, vətəndaşlar şəxsi və kart məlumatlarını paylaşmamalı, həmçinin saxta domenləri tanımalıdır.

"Sosial şəbəkələrdə yayılan reklamların qurbanı olmamaq üçün vətəndaşlar ilk növbədə tənqidi düşünməyi və şübhəli məzmunlara qarşı diqqətli olmağı bacarmalıdır. “Asan qazanc”, “məşhurların tövsiyəsi ilə yatırım” və ya “endirimli təklif” adı altında yayılan reklamların əksəriyyəti fişinq və maliyyə dələduzluğu məqsədi daşıyır. Vətəndaşlar belə reklamlarda təqdim olunan linklərə daxil olmamalı, şəxsi və kart məlumatlarını paylaşmamalı və saxta domenləri tanımağı bacarmalıdır. Həmçinin sosial şəbəkələrdə tanınmış şəxslərin adından yayılan saxta videolar və paylaşımlar da diqqətlə analiz edilməlidir