Bakıda bu ərazilərdə QAZ OLMAYACAQ -XƏBƏRDARLIQ
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu baradə “Azəriqaz” İB tərəfindən məlumat verilib.
Bu məqsədlə 13.05.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mövzular: