Reklam resmi
Reklam resmi

Dərmandan zəhərlənən 64 baş mal-qara TƏLƏF OLDU

Dərmandan zəhərlənən 64 baş mal-qara TƏLƏF OLDU
Hadisə

Goranboy rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri – 1974-cü il təvəllüdlü Arzu Cabbarova məxsus 12 baş, 1958-ci il təvəllüdlü Rafiq Ələsgərova məxsus 52 baş mal-qara zəhərlənərək tələf olub.

İlkin ehtimallara görə, zəhərlənməyə səbəb fermada təmizlik məqsədilə istifadə olunan kimyəvi maddə olub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mövzular:
MAL-QARA DƏRMAN ZƏHƏRLƏNMƏ

Digər Xəbərlər