Masallıda faciəvi qəza - 3 nəfər öldü, ikisi UŞAQDIR
Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10 RV 404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Əli Teymurov və 2016-cı il təvəllüdlü Banu Teymurova, qohumu, 2002-ci il təvəllüdlü Aydın Təhmasib oğlu Alışov hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.


Mövzular: